BİZNES

28 Yanvar

"Azərbaycan bazarını tərk etmirik" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İsveçrənin  "ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.

"ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında xəbərlə bağlı “ABB Ltd” şirkətinin Biznes üzrə meneceri Sevda Məmmədova "Marja" ilə əlaqə saxlayıb bildirdi ki, "ABB LTD" şirkəti Azərbaycanda geniş fəaliyyətini davam etdirir, fəaliyyətini dayandıran "ABB Global Marketing"in nümayəndəliyidir: "Yəni, ABB Azərbaycan bazarını tərk etmir".

© Marja