BİZNES

28 Yanvar

Ən çox reklam edilən parfumeriya mağazası

Ötən il Azərbaycanda fəaliyyət göstərən parfumeriya satış şəbəkələri arasında  ən çox çöl reklamını “İdeal” mağazalar şəbəkəsi verib

Fins.az xəbər verir ki, bu barədə “Smart OutDoor” şirkəti məlumat yayımlayıb

Məlumatda bildilir ki, ölkədə parfumeriya satışını həyata keçirən mağazalar şəbəkələri arasında  çöl reklamının 60,2 %-i “İdeal” mağzalar şəbəkəsinə məxsus olub. Bu sıralamada 19,3% göstərici ilə “Givenchy” parfum mağazalar şəbəkəsi ikinci yerdə qərarlaşıb. Daha sonra qeyd edilib ki, Respublika ərzinidə çöl reklamı vermiş parfumeriya mağzalar şəbəkəsləri” Carolina Herrera” 9,0%, “Guerlain” 7,0%, “Paco Rabanne” 3,7%, 0,8% isə “İnglot” tərəfindən verilib.

Müəllif: Aynur Qəniyeva