Ötən il Azərbaycanda fəaliyyət göstərən marketlər arasında ən çox çöl reklamını Bazar Store market şəbəkəsi verib
Fins.az xəbər verir ki, bu barədə “Smart OutDoor” şirkəti məlumat yayımlayıb
Məlumatda bildilir ki, ölkədə fəaliyyət göstərən market şəbəkələri arasında verilən çöl reklamına görə 42,9% göstərici ilə Bazar Store liderlik edir. Bu sıralamada 20,1% göstərici ilə Bravo marketləri ikinci sırada qərarlaşıb.
Həmçinin qeyd olunur ki, Respublika ərzinidə verilmiş çöl reklamlarının 17,7%-i Araz market, Neptun 5,2% -i, 3,8 %-i Mega Store , 10,3%-i isə digərlər market şəbəkələri tərəfindən verilib.
Müəllif: Aynur Qəniyeva