BİZNES

27 Yanvar

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

Keçən il informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 2 milyard 197,9 milyon manatlıq xidmətlərin 72,8 faizi əhali sektoruna aid olub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumatda  bildirilir ki, əvvəlki illə müqayisədə 2019-cu ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.