Yanvarın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 914 mini ötüb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumatda bildilir ki, hesabat dövründə hər 9 fərdi sahibkardan 7-si "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,5 faiz), Aran (20,4 faiz), Gəncə-Qazax (13,4 faiz) və Lənkəran (9,5 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Onların 78,3 faizi kişilər, 21,7 faizi isə qadınlardır.