BİZNES

27 Yanvar

Azərbaycan iqtisadiyyatına ötən il 5,2 mlrd. manata yaxın xarici investisiya qoyulub

Ötən il xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 5 188,9 mln. manat vəsait yönəldilib.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4344,7 milyon manatı (83,7%-i) Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran, Norveç və Fransa sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 184,3 milyon manat və ya əvvəlki illə müqayisədə 2,3% az vəsait yönəldilib.

2019-cu ildə neft-qaz sektoruna yönəldilən vəsait 5 489,5 milyon manat təşkil edib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 11 694,8 milyon manatlıq vəsaitin 3139,2 milyon manatı (ümumi sərmayənin 18,3%-i) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib