İxrac assosiasiyalarının yaradılması nəticəsində Azərbaycanın real ÜDM-ində 2020-ci ildə 45 milyon manat artım gözlənilir
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub
Məlumatda bildirilir ki,ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması nəticəsində Azərbaycanın real ÜDM-ində 2020-ci ildə 45 milyon manat artım və qeyri-neft ixracında 5 faizlik artımın əldə olunması gözlənilir. Məşğulluq göstəricilərində isə hər hansı ciddi artım proqnozlaşdırılmır.