Ən nəhəng film və serial izləmə platforması olan Netflix 2020-ci ildə film və serialların çəkilməsinə ayrılan büdcəni daha da artıracaq. 2019-un əvvəllərində Lucifer, sonlarında isə Witcher kimi seriallar ilə çox səs gətirən platforma daha keyfiyyətli işlərə imza atmaq üçün kontentlərə ayrılan vəsaiti 2 milyarddan biraz daha çox bir məbləğdə artıracaq. Şirkət 2019-də kontentlərin hazırlanması üçün ümumi 15.3 Milyard dollar vəsait ayırmışdı.
Netflix-in 2020-də film və serialların hazırlanması üçün ayrılan büdcəni 17.3 Milyard dollara qədər artırması gözlənilir.
Bu haqda məlumatı isə Wall Street şirkətlərindən olan BMO Capital Markets bəyan etdi. Həmçinin şirkətin təxminlərinə görə 2028-ə qədər Netflix büdcəni 26 milyard dollara qədər artıracaq. Qeyd olunur ki, 2020-də istehsal olunan və Netflixdə yayımlanan film/serialların çoxsu Netflix-in öz istehsalı olan proyektlər olacaq. Netflix-in rəqibləri olan Disney+ və HBO Max-a nəzər saldıqda isə 2020 üçün ayırdıqları büdcənin 1 Milyard dollar və 2 Milyard dollar olduğunu görə bilərik. Bu da əslində rəqabətdə və kontentdə Netflix-in nə dərəcə öndə olduğunu göstərir. Hal-hazırda Netflix-in ən böyük rəqibi olaraq kabel TV-lər göstərilir.