BİZNES

20 Yanvar

Kiçik və orta sahibkarlığın Ümumi Daxili Məhsulda payı 15% -ə çatdırılacaq

KOS-un ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 15 və 20 faizə, ölkənin qeyri-neft ixracındakı payının isə 10 faizə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilir

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub

Məlumatda bildirilir ki, 2020-ci ilədək Azərbaycanda KOS-un inkişafı istiqamətində normativ-hüquqi baza daha da təkmilləşdiriləcək, institusional islahatlar davam etdirilərək, rəqabət mühitinin gücləndirilməsi və KOS agentliyinin yaradılması, bu sahədə fəaliyyət üçün zəruri intellektual və texniki resursların, eləcə də icazə sənədlərinin əldə edilməsi sisteminin bir az da asanlaşdırılması üzrə tədbirlər həyata keçiriləcəkdir. Nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində KOS-un ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 15 və 20 faizə, ölkənin qeyri-neft ixracındakı payının isə 10 faizə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilir.