BİZNES

17 Yanvar

Kiçik və orta biznesin inkişafına dəstək

Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək gücləndiriləcək.

Fins.az xəbər verir ki,  bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank 2020-ci ilin sonunadək Kiçik və orta biznesin inkişafına dəstəyi gücləndirməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi 2020-ci ilin may ayınadək özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təklifləri təqdim etməlidir.