BİZNES

17 Yanvar

2019-cu ildə Azərbaycana bu tip məhsulların gətirilməsi AZALIB

2019-cu ildə Azərbaycana $296 mln. 531,79 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“2019-cu ildə Azərbaycana $296 mln. 531,79 min dəyərində 16 min 526,55 ton həcmində əczaçılıq məhsulları idxal olunub”, - Komitədən bildirilir.

2018-ci ildə Azərbaycana $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton həcmində əczaçılıq məhsulları idxal olunub. Beləliklə, 2019-cu ildə bu məhsulların ölkəyə idxalı say ifadəsində 2,4%, pul ifadəsində 2.2% azalıb.