BİZNES

17 Yanvar

Azərbaycanın ən çox məhsul aldığı ölkələrin adı açıqlanıb

Azərbaycan keçən il ən çox Rusiyadan məhsul idxal edib. Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumatda qeyd olunub ki,  2019-cu ildə ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 2 milyard 290,2 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 646,8 milyon dollar, Çindən isə 1 milyard 432 milyon dollar olub.