2019- cu ildə "made in Azerbaijan" brendinin tanıtmağı məqsədilə 11 beynəlxalq sərgilərdə vahid ölkə stendi, 9 ixrac missiyası təşkil olunub. Fins.az xəbər verir ki, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib. Onun sözlərinə görə, ötən il ərzində ixracın təşviqinə 9 milyon manata yaxın ixrac təşfiqi ödənilib. "Həmin ödənilən məbləğ sayəsində 150 milyon ABŞ dollardan artıq məhsulların ixracı stimullaşdırılmışdır",- deyə Y. Abdullayev qeyd edib.