BİZNES

16 Yanvar

Nazir müavini ticarət mərkəzlərində nəzarət kassa aparatlarının quraşdılmasının vaxtını açıqladı

Binə və Sədərək ticarət mərkəzlərində xüsusi vergi rejimi mövcud deyil və pərakəndə ticarət qaydasına uyğun olaraq əldə olunan gəlirlər vergiyə cəlb olunmalıdır. Fins.az-ın məlumatına görə bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən Vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, nəzarət kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək və 2021-cinildə tam olaraq bütün ticarət şəbəkələrində nəzarət kassa aparatlarının quraşdırılması tam başa çatacaq. "Bu işlər Nazirlər Kabinetinin qərarı əsasında qrafik şəkildə təstiq olunub və təxminən 4 mərhələdən ibarətdir. Artıq 1 və 2-ci mərhələlər 2019-cu ildə başa çatıb, 3-cü mərhələ 2020-ci ildə və 2021-cinildə tam olaraq bütün ticarət şəbəkələrini əhatə edəcək",- deyə İ. Vəliyev qeyd edib.