Bakı şəhərində 163 min daşınmaz əmlakın sənədləşdirilməsi və araşdırılması yekunlaşıb. Fins.az-ın məlumatına görə bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib. Onun sözlərinə görə, ümumilikdə respublika üzrə, Bakı şəhəri də daxil olmaqla 57 rayon və şəhərdə bu işlər aparılır və rayon, digər sahələrdə isə 74600 daşınmaz əmlak artıq yerli komissiyalar tərəfindən araşdırılıb. "Sənədləri olmayan yaşayış evlərinin probleminin həlli ilə bağlı prezident administrasiyasının təsdiq etdiyi tədbirlər planının icrası ötən ilin 27 iyunda təstiq edilib. Problemin həlli ilə yerli Komissiyaların yaradılması rayon icra hakimiyyərlərinə tapşırılıb və bu istiqamətdə işlər aparılır. Hazırda müvafiq tədbirlər planına uyğun olaraq bu ilin aprel ayında yekunlaşacaq və müvafiq materiallar yenidən təqdim olunacaq Prezident administrasiyasına, hansı ki müvafiq tikililərin rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul edəcək",- deyə R. Şahbazov qeyd edib.