BİZNES

15 Yanvar

Bu məhsullar ucuzlaşıb

2019-cu ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin dekabr ayında noyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, divar kağızlarının, yağlı və sulu boyaların, soyuducuların, velosipedlərin, tozsoranların qiymətlərində bahalaşma, kondisionerlərin, mobil telefonların, televizorların, kəsilmiş taxtanın, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Müəllif: Aynur Qəniyeva