2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 102,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8%, qeyri-ərzaq malları üzrə 101,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102% təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumatda həmçinin bildirilir ki, ötən ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1% olub.