BİZNES

15 Yanvar

Azərbaycanlılar ötən il bu ölkədə 1191 mənzil alıblar

Azərbaycanlılar Türkiyədə mənzil almaqda davam edirlər. Lakin ötən il 2018-ci illə müqayisədə alışların sayı azalıb.

Fins.az Marja-ya istinadən xəbər verir ki, 2019-cu ilin dekabr ayında azərbaycanlılar Türkiyədə 146 mənzil alıblar. 2018-ci ilin Dekabr ayında azərbaycanlılar Türkiyədə 166 mənzil almışdılar.

2019-cu ilin Yanvar-Dekabr dövründə (12 ayda) isə azərbaycanlılar Türkiyədə 1191 mənzil alıblar. 2018-ci ildə bu say 1250 idi. 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 11-ci yerdədir. Ötən il Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -  7596 mənzil. İraqlıların ardınca 5423 mənzil ilə İran, 2893 mənzil ilə Rusiya vətəndaşları gəlirlər.