BİZNES

15 Yanvar

"Bakıda yeni mənzillər ötən il 7% ucuzlaşıb"

2019-cu ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 0,24% artıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, təkrar mənzil bazarında 2,01% bahalaşma, ilkin mənzil bazarında isə 2,13% ucuzlaşma qeydə alınıb.

"2019-cu ildə daşınmaz əmlak bazarında qiymətlərdə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,62%, o cümlədən təkrar mənzil bazarında isə 2,93%, ilkin mənzil bazarında 6,62% azalma qeydə alınıb", - deyə N. İbrahimov bildirib.

© APA