BİZNES

15 Yanvar

Azərbaycanda inflyasiya 0,5% səviyyəsində qalıb

2019-cu ilin dekabr ayında Azərbaycanda inflyasiya noyabr ayında qeydə alınmış 0,5%- qarşı 0,5% səviyyəsində qalıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumatda qeyd olunur ki, “2019-cu ilin dekabr ayında respublikada inflyasiya 0,5% təşkil edib.

Bundan başqa, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb”, - Komitədən bildirilir.

Dekabrın sonuna Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib. Həmçinin, dekabrın sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 3,8%, qeyri-ərzaq malları üzrə - 1,2%, xidmətıər üzrə - 2% təşkil edib.

2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib