Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 20 min 120 vahid təşkil edib
Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumata yayımlayıb.
Məlumatda bildilir ki, ƏDV ödəyicilərinin sayı 2019-cu il ərzində 32,2 faiz artaraq 20 min 120 vahid təşkil edib.
Həmçinin qeyd olunur ki, ƏDV ödəyicilərinin xüsusi çəkisi 2 faiz çox olub. Ümumiyyətlə, 2018-ci illə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 23,4 faiz artaraq 33 min 922 vahid təşkil edib.
Müəllif:Aynur Qəniyeva