BİZNES

14 Yanvar

İqtisadiyyat naziri:"Əsas kapitala investisiyaların xüsusi çəkisini ÜDM-in ən azı 25%-dək çatdırmaq zəruridir"

Azərbaycan hökumət müxtəif klasterlərin yaradılması hesabına qeyri-neft ixracının artırılmasını imkanını nəzərdən keçirir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair göstərişlərinizə əsasən kənd təsərrüfatı və aqro klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulmuş irihəcmli sərmayələr və əldə olunan uğurlu nəticələr ətrafında böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir”, - Cabbarov Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Nazirin sözlərinə görə, xidmət turizmi, əyləncə industriyası, nəqliyyat və ticarət logistikası və digər bu kimi klasterlər istiqamətində araşdırmaların aparılması zərurət var. “Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır”, - Cabbarov qeyd edib.

O vurğulayıb ki, nazirliyin hədəfi əsas kapitala investisiyların xüsusi çəkisini artırmaqdır. 2019-cu ildə bizim əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2% təşkil edib. Bizim hədəfimiz, heç olmasa, 25%-ə çatmaq və ondan daha yuxarı səviyyədə qalmaqdır. Bu prizmadan baxsaq, özəl sərmayələrin cəlb edilməsi üçün zəruri olan şərtlərin və şəraitlərin ölkə iqtisadiyyatı daxilində yaradılmasıdır. Bizizm bazara, həm də üçüncü ölkələrin bazarlarına çıxış əldə etmək üçün şərait yaratmaq lazımdır. Bu, istər xarici, istərsə də yerli özəl sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəkdə istər sərbəst ticarət sazişləri, istərsə də xüsusi rejimli ticarət sazişləri ilə bağlı təklifləri hazırlayırıq”, - nazir vurğulayıb.