BİZNES

14 Yanvar

Azərbaycanda mobil rabitə sektoru nə qədər gəlir əldə edib? -MƏBLƏĞ

Ötən il ərzində Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 912,2 mln. manat təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat ilin dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 2018-ci illə müqayisədə 5% artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,5%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, ötən il ərzində informasiya və rabitə müəssisələri tərəfindən 2197,9 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 72,8%-i əhali tərəfindən istehlak olunub. 2018-ci illə müqayisədə 2019-cu ildə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 15,9% artıb. Bu sahədə əldə olunan gəlirin 82,4%-i qeyri-dövlət sektorunun payına düşüb.