BİZNES

14 Yanvar

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb - MƏBLƏĞ

Xarici ticarət dövriyyəsi 33 302.82 mln ABŞ dolları məbləğində olub.Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb

Məlumatda bildilir ki, Azərbaycanın 2019-cu ilin dekabr ayında xarici ticarət dövriyyəsinin həcmi 33 302.82 mln ABŞ dolları məbləğində olub. Xarici ticarət dövriyyəsinin 19 635.58 mln manatı  ixracın, 13 667.24mln manatı isə idxalın payına düşür.

Qeyd olunur ki, ötən ilin dekabr ayı ərzində ölkəmizin xarici ticarət saldosu 5 968.34 milyon manat təşkil edib

Müəllif: Aynur Qəniyeva