2019-cu ilin dekabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 402 milyon 284,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin noyabr ayına nisbətən 11,4% çoxdur.
DGK-nın məlumataına görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin noyabr ayı ilə müqayisədə 23,6% artaraq 110 milyon 653,7 min manat olub.
Dekabrda ƏDV üzrə daxilolmalar aylıq ifadədə 6,3% artaraq 268 milyon 995,5 min manat, aksizlər üzrə 38,8% artaraq 18 milyon 780,0 min manat, yol vergisi üzrə daxilolmalar isə 22,3% azalaraq 3 milyon 855,2 min manat təşkil edib.