2020-ci ildə 40-dək sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, ötən il Azərbaycan tərəfindən agentliyin, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 38 sahibkar və menecer Almaniyada ixtisasartırma və müəssisələrdə təcrübə keçib. Ümumilikdə isə, indiyədək proqramdan 422 sahibkar və menecer yararlanıb.
Qeyd edək ki, 2020-ci ildə sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən onlayn təlim platformasının istifadəyə verilməsi, kiçik və orta biznesin inkişafı mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.