2019-cu ildə Hesablama Palatasının saxlanması xərcləri 5 mln. 523,401 min manat təşkil edib. Bu barədə Palatadan məlumat verilib.
2019-cu il üçün Hesablama Palatasının saxlanması məqsədilə xərclər smetası 6 mln. 221,673 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 88,8%-i istifadə olunub.
2019-cu ildə vəsaitlərin əsas həcmi – 2,275 mln. manat və ya ötən il ərzində Palatanın bütün xərclərinin 41,2%-i Hesablama Palatası işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib.
Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 642,853 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 597,758 min manat, ölkədaxili ezamiyyət xərcləri 53,413 min manat, xaricə ezamiyyət xərcləri 87,5 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib