Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2.7 mlrd.$ olub
Fins.az xəbər verir ki, bu barədə 2019-cu ilin 9 ayını əhatə edən Tədiyyə Balansında məlumat verlib
Məlumatda bildirilir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84.2% təşkil edib
Qeyd olunub ki, 2019-cu ilin 9 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (304.2 mln.$) artımı cəlb olunmuş investisiya ilə (2669.7 mln.$) kapitalın repatriasiyası (2365.5 mln.$) arasındakı fərqdən formalaşıb.
Müəllif: Aynur Qəniyeva