BİZNES

08 Yanvar

Azercell \"Mobil Ödəmə\" xidmətini istifadəyə verdi

Azərbaycanın mobil rabitə operatoru Azercell Telekom, bu gündən etibarən "Mobil Ödəmə" xidməti fakturasız xətt (SimSim) abunəçilərinin istifadəsinə verdi.

Fins.az-dan xəbər verir ki, bu barədə şirkətdən məlumat verlib. 

Məlumatda bildirilir yeni xidmət PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə təqdim olunub. Xidmətin ilk mərhələsində Azercell-in faturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətlər, eləcə də, E-İmza, AzDataCom, Catel və Azeronline kimi rabitə xidmətləri üçün ödəniş etmək imkanı olacaq. Fakturasız xətt (SimSim) abunəçiləri bu xidmətdən Azercell-in "KABİNETİM" mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi "KABİNETİM" əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır. Qeyd edilib ki, xidmətdən nömrənin balansında 3 manatdan artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 manat məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda bir ay ərzində ödənişlərin ümumi həcmi 500 manatdan artıq olmamalıdır.