BİZNES

11 Yanvar

Maliyyə Nazirinin müavini İlqar Fətizadə -DOSYE

Fins.az Maliyyə nazirinin birinci müavini İlqar Fəti oğlu Fətizadə barədə məlumat təqdim edir. 
 İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub. Ali Təhsillidir.
1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirib. 1978 - 1980-ci illərdə hərbi xidmətdə olub.
1980 - 1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində çalışıb. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsinə təyin olunub.
1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
1999-cu ildən indiyədək Maliyyə nazirinin birinci müavinidir.
Ailəlidir. Bir övladı var.