Fins.az Kənd Təsərüfatı Nazirinin müavini İlham Quliyevin dosyesini təqdim edir.
İlham Quliyev 27.04.1960-cı ildə anadan olub.1977 Yor-Muğanlı kənd orta məktəbini bitirib.
1978-1983 Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Sənaye və mülki tikinti” ixtisası üzrə təhsil alıb. 1999-2002 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına yiyələnib.
1983-1992 Müxtəlif dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb.1992-1994 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.
1994-1999 Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-Təftiş idarəsinin rəisi vəzifəsində çalışıb.
1999-2005 Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.005 2005-ci ilin 30 sentyabr AR Prezidentinin 1028 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
2015 Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı verilib.
Evlidir, iki övladı var.