BİZNES

26 Dekabr

Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib.

Palatanın mətbuat xidmətindən fins.az bildirilib ki, hesabatlar Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin vəsaitlərinin istifadəsinin səmərəliliyinə, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun 2017-2018-ci illər üzrə maliyyə hesabatlarına dair, ötən il keçirilmiş dövlət satınalmalarının qanunvericiliyə uyğunluğunun təhlilinə dair analitik fəaliyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasına dair məsələləri əhatə edib.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin cari məsələlər müzakirə edilərək aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.