BİZNES

26 Dekabr

Gələn il Azərbaycanda inflyasiyanın yüksələcəyi gözlənilir

Gələn il Azərbaycanda 4,8%-lik inflyasiya proqnozlaşdırılır.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

V.Qasımlı bildirib ki, inflyasiya idarəedilən olmalıdır: "Çox yaxşı haldır ki, Azərbaycan Mərkəzi Bankı buna nəzarət edir. Beynəlxalq təşkilatlar da bildirir ki, Azərbaycanda hazırda mövcud olan 2,6%-lik inflyasiya göstəricisi optimaldır".

Mərkəzin icraçı direktoru əlavə edib ki, inflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir: "Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir".

 

© "Report"