BİZNES

24 Dekabr

YouTube-da yeni funksiya sınaqdan keçirilir

Google tərəfindən maraqlı xüsusiyyət sınaqdan keçirilməyə başlanılıb. Fins.az xəbər verir ki, bu sınaq YouTube tətbiqində həyata keçirilir.

 

Çox vaxt YouTube videoları bir neçə tanınmış müəllif tərəfindən yaradılır. Məhz belə ortaq layihələr üçün yeni xüsusiyyət yaradılıb. İnterfeysdə “featured in this video” (videoda iştirak ediblər) adlı bir bölmə meydana gəlib.

 

Funksiya vasitəsilə layihədə iştirak edən müəlliflərin YouTube kanalına avtomatik bağlantılar yaradır. Nəticədə müəlliflər videonu xırda keçidlərlə korlamayacaq və izləyicilər bütün iştirakçılarla asanlıqla tanış ola biləcəklər.

 

Google-dan verilən açıqlamada əlaqələrin "bir sıra əlamətlər" əsasında yaradılacağı qeyd olunub.