BİZNES

19 Dekabr

VKontakte şəbəkəsi daha bir yenilik etdi

VKontakte sosial şəbəkəsi öz funksiyasına ən çox müzakirə olunan mövzulardan, trendlərdən və müxtəlif xidmətlərdən bəhs edən “Focus”  nəşrini əlavə etdi.

Fins.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidmətindən məlumat yayılıb.

Sözügedən media nəşri artıq VKontakte saytında və şəbəkənin mobil tətbiqində, “Tövsiyələr” bölümündə mövcuddur.

“Biz hər gün redaksiya məqalələrini, mütəxəssis məsləhətlərini, ilhamlandırıcı müsahibələri və seçilmiş tematik mövzuları təqdim edəcəyik”, – deyə “Focus”un baş redaktoru Vlad Leqotkin qeyd edib.

Qeyd edək ki, daha öncə VKontakte şəbəkəsində “Xatirələr” bölümü əlavə olunmuşdur.

© TED