BİZNES

18 Dekabr

Azərbaycan hökuməti 2020-ci ildə islahatların aparılması xərclərini bir qədər azaldacaq

Azərbaycan hökuməti 2020-ci ildə islahatların aparılması üçün dövlət büdcəsindən 877,018 milyon manat ayırmağı planlaşdırır.

"2020-ci ildə islahatların aparılması üçün dövlət büdcəsindən 877,018 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2019-cu il dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin həcmindən 6,2% azdır", - deyə büdcə materiallarında bildirilir.

Eyni zamanda, hökumət ənənəvi olaraq bu vəsaitin sərf olunacağı islahatların istiqamətini açıqlamır.

2018-ci il dövlət büdcəsində müxtəlif islahatların maliyyələşdirilməsi xərcləri 833,7 milyon manat məbləğində nəzərdə tutulmuşdu