BİZNES

18 Dekabr

Gömrük Komitəsindən xarici ticarət iştirakçılarına - XƏBƏRDARLIQ

Dövlət Gömrük Komitəsi (DGK) xarici ticarət iştirakçılarına xəbərdarlıq edib.

Fins.az xəbər verir ki, xarici ticarət iştirakçıları 30 dekabr 2019-cu il tarixinədək Xarici Ticarət İştirakçısının şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu, xarici ticarət iştirakçılarının onlara məxsus mallarının özləri tərəfindən (broker xidmətindən istifadə etmədən) gömrük orqanlarına bəyan edə bilmələri, həmçinin digər elektron gömrük xidmətlərindən istifadə edə bilmələri üçündür.

Xarici ticarət iştirakçıları səlahiyyətləri həvalə etdikləri əməkdaşlarına dair asan imza sertifikatı, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, əmək müqaviləsi bildirişi, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə dair etibarnamə təqdim etməlidirlər.

Qeyd olunan sənədlər təqdim edilmədiyi təqdirdə şəxsin elektron gömrük xidmətlərindən istifadə hüququ dayandırılacaq.

© Oxu