BİZNES

18 Dekabr

Azərbaycan MDB - də - ƏN ÇOX BU ÖLKƏLƏRLƏ TİCARƏT EDİR

Azərbaycanın ən çox ticarət etdiyi MDB ölkələri məlum olub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu il MDB ölkələri ilə 1 086 501.78 min dollarlıq ixrac, 3 094 575.27 min dollarlıq isə idxal əməliyyatı həyata keçirilib.

Azərbaycanın idxal və ixrac əməliyyatalrında birinci yeri Rusiya tutub. Belə ki, bu yanvar-noyabr aylarında Rusiya ilə 660 357.28 min dollarlıq ixrac, 2 070 172.66 min dollarlıq isə idxal əməliyyatı həyata keçirilib.

Cari ildə Azərbaycandan MDB ölkələri arasında ən az məhsul ixrac edilən ölkə Moldova olub. Bu ölkəyə Azərbaycandan 629.90 min dollarlıq məhsul ixrac olunub.

Azərbaycanın MDB ölkələri arasında ən az mal idxal etdiyi ölkə Tacikistandan olub - 10.26 min dollar.

© FED