Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) missiya direktoru Cey Sinkh ilə görüşüb.
Görüşdə KOBİA və USAİD Azərbaycan arasında KOB sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, bu sahədə mövcud əməkdaşlıqdan və təşkilatın Agentliyin layihə və təşəbbüslərinə göstərdiyi texniki dəstəkdən məmnunluq ifadə olunub.
USAİD Azərbaycanın KOBİA-nın mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində yeni təşəbbüs və layihələrinə dəstək göstərməyə hazır olduğu vurğulanıb, 2020-ci ildə KOB-ların və biznes assosiasiyaların inkişafı üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb