BİZNES

18 Dekabr

Ukrayna nəqliyyat sahəsində konsessiya layihələrinə Azərbaycan şirkətlərini cəlb etməyi ümid edir

Bakı və Kiyev aviasiya və avtomobil daşımalarının liberallaşdırılması məsəsləsini öyrənir. Bunu Ukraynanın infrastruktur naziri Vladislav Krikli deyib.

“Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiya aviasiya və avtomobil daşımalarının liberallaşdırılması, Qara dənizin logistika imkanları nəzərə alınmaqla ölkələr arasında dəmir yolu əlaqəsinin inkişafı, həmçinin Ukraynanın yollarının bərpasında Azərbaycan şirkətlərinin cəlb olunması və konsessiya layihələrində iştirak məsələləri üzərində işləyəcək”, - Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidməti Kriklinin sözlərindən sitat gətirir.

Məlumata əsasən, Krikli prezident Vladimir Zelenskinin rəhbərliy ilə rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. İki ölkə liderlərinin görüşü və Ukrayna ilə Azərbaycanın nümayəndə heyətlərinin danışıqları zamanı nəqliyyat və infrastruktur sahəsində əməkdaşlığa diqqət ayrılıb.

Tərəflər Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclasının yanvar ayında Kiyevdə keçirilməsinə dair razılığa gəliblər. Krikli Hökumətlərarası Komissiyanın Ukrayna tərəfindən həmsədridir