Internet Explorer brauzer olaraq bir çox problemlər səbəbilə Microsoft üçün gülünc qaynağı olmuşdu. Şirkət hər nə qədər yeniliklər gətirərək təkmilləşdirməyə çalışsa da Chromium(Opera,Chrome və s.) bazalı brauzerlərə çata bilmirdi. Buna görə də Chromium üzərində qurulan Edge adında yeni brauzeri üzərində işləməyə başladı. Yeni məlumatlara əsasən brauzer stabil hala gəlib və Microsoft Windows 10 işlədən istifadəçilər üçün yayımlamağa hazırlaşır.
15 yanvardan etibarən Microsoft Edge brauzeri Windows 10 istifadəçiləri üçün Windows Update üzərindən avtomatik yayımlanacaq.
Microsoft rəsmiləri bildirir ki, Windows 10 1709 və daha yeni versiyaları işlədən istifadəçilərə Edge brauzeri avtomatik göndəriləcək. Brauzer həm tez-tez yenilənəcək, həm də ƏS-ində brauzerin daha rahat işləməsi üçün bəzi dəyişikliklər ediləcək. Qeyd edək ki, yeniliklər 6 həftədən bir istifadəçilərə təqdim ediləcək. Təhlükəsizlik və uyğunluq yenilənmələri isə lazım olduğu vaxtlarda şirkət tərəfindən təyin olunmuş vaxtlarda istifadəçilərə göndəriləcək. Şirkət əsasında Chromium Blink adı verilən motordan istifadə edir və sadəcə 1-2 Microsoft servisi bu brauzerə inteqrasiya edilib. Həmçinin şirkətin ARM64 və Linux sistemlər üçün də Edge-nin bir başqa versiyası üzərində işlədiyi bilinir.