“Tvitter istifadəçiləri platformanın çökdüyünü bildiriblər”.
Fins.az xəbər verir ki, bu barədə Downdetector saytı məlumat yayıb.
Məlumata görə, şikayətin 58%-i veb-sayta, 31%-i isə iPhone və iPad-lə şəbəkəyə daxil ola bilmədiklərini qeyd ediblər.
Daha çox şikayət ABŞ, Yaponiya, Britaniya, Fransa, Belarus, Niderland, Rusiya və digər ölkələrdən daxil olub.