BİZNES

18 Dekabr

Tikinti materiallarının istehsalı azalıb – QİYMƏTLƏRİ ARTIB

Bu ilin yanvar - noyabr aylarında tikinti materiallarının istehsalı azalıb , qiymətləri isə bahalaşıb.

Fins.az xəbər verir ki, tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,4 faiz artaraq 709,8 milyon manat təşkil etmişdir.

Tikinti kərpicinin istehsalı 38,1 faiz, tikinti əhənginin istehsalı 48,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 28,1 faiz artmış, sementin istehsalı 1,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 53,3 faiz, tikinti gipsinin istehsalı 66,5 faiz azalmışdır.  

© FED