BİZNES

18 Dekabr

Son 10 ilin ən populyar proqramları

“App Annie” analitik şirkəti son onilliyin ən populyar proqram və oyunlarının adını açıqlayıb.

Reytinq siyahısında “Facebook”, “Facebook Messenger” və “WhatsApp” proqramları ən çox yüklənən proqramlar olmaqla ilk yerlərdə liderdir.

“Instagram” və “Snapchat”, həmçinin ilk beşliyə daxil edilib.

Son onilliyin ən populyar oyunu Danimarkanın “Kiloo” şirkəti tərəfindən hazırlanmış “Subway Surfers” olub. “Candy Crush Saga” oyunu ikinci pillədə qərarlaşıb. “Temple Run 2” oyunu isə üçüncü olub.

Analitiklər, həmçinin ən gəlirli proqramların reytinqini tərtib ediblər. “Netflix” striminq xidməti birinci, “Tinder” tanışlıq proqramı ikinci, “Pandora Music” üçüncü pillədə qərarlaşıb.

Xəbəri ferra.ru yayıb.