BİZNES

18 Dekabr

Xiaomi Mi 10-un nə zaman təqdim ediləcəyi məlum oldu

Xiaomi artıq Mi 10 iş smartfonlarına malikdir. Belə ki, şirkətin top meneceri bunlardan birini istifadə edir. Bununla belə, cihaz barədə hələ ki, çox az məlumat yayılıb.

Fins.az xəbər verir ki, hələlik cihazın əsasını SoC Snapdragon 865-in təşkil edəcəyi dəqiq məlumdur.

İndi  smartfonun anons edilməsi haqqında bir az daha əminliklə danışmaq olar. Xiaomi-yə məxsus Redmi markasının nümayəndəsi Mi 10-un ilk rübdə buraxılacağını təsdiqləyib. Heç bir detal olmasa da ehtimal ki, bu, fevral ayının sonunda və ya mart ayında baş tutacaq. Yenilik piştaxtalarda görünənlər arasında SoC Snapdragon 865 ilə işləyən ilk smartfonlardan biri olacaq.