Huami şirkəti Amazfit ağıllı saatları, eləcə də Xiaomi üçün Mi Band fitness-trekerləri istehsal etməsi ilə tanınır.
Mənbənin məlumatına görə, şirkətin baş direktoru müsahibəsində Xiaomi-nin onun şirkətinə rəqib olmadığını söyləyib.
Fins.az xəbər verir ki, bunun səbəbi Huami və Xiaomi-nin eyni bazarda olmasına baxmayaraq, müxtəlif istiqamətlərdə fəaliyyət göstərmələridir, lakin Huami-nin rəhbəri öz şirkətinin və Xiaomi-nin yanaşmalarının fərqliliyini izah etməyib.
Huami Huawei-ı özü üçün ən əsas rəqib hesab edir. Yəqin ona görə ki, sonuncunun çeşidində həm fitnes-qolbaqlar, həm də idman saatları var.
© TED