BİZNES

18 Dekabr

Azərbaycanda ÜDM 2,1% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 72 852,2 mln. manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,2% artıb. Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 15,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,5%, sənayedə 1,5%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,55, digər xidmət sahələrində 3,3 faiz artmış, tikintidə isə 6,4% azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 7357,8 manata bərabər olub.