BİZNES

18 Dekabr

Adambaşına 157 dollarlıq qeyri neft məhsulları ixrac edilib

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 10 ayı ərzində Azərbaycandan 15 milyard 981 milyon dollarlıq məhsullar, o cümlədən 1 milyard 573 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilib.

Azərbaycan əhalisinin 10 milyon nəfər olduğunu nəzərə alsaq, 10 ayda adambaşına təxminən 1598 dollarlıq məhsullar, o cümlədən təxminən 157 dollarlıq qeyri-neft məhsulları ixrac edilib.

2019-cu ilin 10 ayı ərzində Azərbaycana 11 milyard 455 milyon dollarlıq məhsullar (adambaşına təxminən 1150 dollar) idxal edilib.

© Marja

Qeyd edək ki, yüksək ixraca nail olmuş ölkələrdə adambaşına düşən ixracın məbləği 10 min dollardan çoxdur.