Bu ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 91 mənzil alıb.
Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 53 mənzil və yaxud 36,6% azdır.
Bu ilin yanvar-noyabr aylarında isə Azərbaycan vətəndaşları Türkiyədə 1 045 mənzilə sahib olub. Bu da 1 il əvvələ nisbətən 39 mənzil və yaxud 3,6% azdır.
Ümumilikdə noyabr ayında Türkiyədə xarici vətəndaşlar 4 037 mənzil alıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 681 ədəd və yaxud 14,4% azdır.
Yanvar-noyabr aylarında Türkiyədə xarici vətəndaşlara 40 616 mənzilə sahib olub. Bu da 1 il əvvələ nisbətən 5 186 mənzil və yaxud 14,6% çoxdur.
Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq ilk yerdə qərarlaşıb. Bu ilin noyabr ayında iraqlılar Türkiyədə 575, bu ilin 11 ayında isə 699 mənzil əldə ediblər.
Siyahıda sonrakı yeri İran tutur. Bu ölkənin vətəndaşları noyabrda 500, yanvar-noyabr aylarında isə 4 660 mənzil alıblar.
İlk üçlüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olanlar ötən ay Türkiyədə 300 mənzil, bu ilin 11 ayında isə 2 531 mənzilə sahib olublar.