BİZNES

17 Dekabr

“166 Yükdaşıma və Logistika” şirkətinin korporativ hesabat tədbiri keçirilib

10 dekabr tarixində “JW Marriott Absheron” hotelində bir sıra dövlət orqanlarının, aygentliklərin, qeyri-hökümət təşkilatlarının və iki yüz məhdud məsuliyyətli cəmiyyət rəhbərlərinin iştirakı ilə “166 Yükdaşıma və Logistika” şirkətinin korporativ hesabat ziyafəti keçirilib. Dövlət himni səsləndirilməsi ilə tədbir açıq elan olunub.

Tədbirdə işkirak edən qonaqlardan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin sədri Fərid Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov çıxış edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının göstərdiyi strateji yol xəritələrinə müvafiq olaraq görülən işlərdən bəhs etməklə yanaşı özəl sektor iştirakçılarına dövlət qrumları, universitetlər və şirkətlər arasında birgə əməkdaşlıq istiqamətində müvafiq tövsiyyələr də verdilər.

“Yeni hədəfə doğru” şüarı ilə keçirilən tədbirdə “166 Yükdaşıma və Logistika” şirkətinin qurucusu Aqil Zeynalov qonaqları salamladı və şirkətin yeni loqosunu tədbir iştirakçılarına təqdim etdi.

Tədbirin davamında şirkətin baş direktoru Ruslan İmamquliyev şirkətin həyata keçirdiyi və keçirəcəyi korporativ sosyal məsuliyyət layihələri haqqında ətraflı məlumat verdi.

Daha sonra çıxış edən Marketinq və Biznes inkişafı departamentinin direktoru Nurlan İmamquliyev qonaqlara şirkətin yenilənmiş saytını tanıdaraq  müştərilərlə əlaqələrini gücləndirmək məqsədi ilə növbəti il ərzində loyallıq kartının istifadəyə veriləcəyini bildirdi.

Şirkətin korporativ satış meneceri Samida Qaniyeva Azərbaycan yükdaşıma bazarında ilk dəfə olaraq yaradılan “Yüklərin qrup halında daşınması” xidməti haqqında bəhs etdi.  

2019-cu ilin illik hesabatı məruzə edildikdən sonra, qonaqlar müxtəlif oyunlarda iştirak edib.

Sonda isə iştirakçılara xüsusi hədiyyələr təqdim olunub və tədbir başa çatıb.